Merkel Putinə “yox” dedi

81411Almaniya kansleri qələbənin 70 illiyi ilə bağlı Moskvaya getməyəcək

Almaniya kansleri Angela Merkel İkinci Dünya müharibəsində əldə olunmuş qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli bayram mərasimində iştirak etməyəcək.

ANS PRESS-in məlumatına görə, o, ötən ilin yayında Rusiya prezidenti Vladimir Putin tərəfindən Moskvada keçiriləcək tədbirə dəvət edilsə də, A.Merkel mövqeyini rəsmi şəkildə açıqlamamış, dəvəti cavabsız qoymuşdu. Lakin bu gün hökumətə yaxın mənbədən bildirilib ki, xanım kansler xeyli tərəddüddən sonra Rusiya paytaxtına getməmək qərarına gəlib.

Xatırladaq ki, A.Merkelin belə qərar verməsinə səbəb Rusiyanın işğal etdiyi Ukrayna ərazisindən çıxmaması, separatçı qüvvələrə dəstək verməsidir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR