Nazirliyin rəsmisi “Qafqaz Xəbər Agentliyi ”nə cavab verdi

Zeynalov.V_300 (2)Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyinə daxil olan (azərbaycandilli qafqaznews.az və rusdilli qafqaznews.org) saytlara olan haker hücumları və redaksiyanın telefonlarına fasiləsiz gələn zənglər bizi müvafiq dövlət qurumlarına müraciət etməyə məcbur elədi.
Biz dövlət qurumlarlndan xahiş elədik ki, haker hücumları və telefon zəngləri xarici ölkələrdən yönləndirildiyi üçün qarşısını almaq agentliyimizin imkanları xaricindədir, ona görə tədbir görülsün.
Bu gün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri hörmətli Vidadi Zeynalovun imzası ilə redaksiyamıza məktub daxil olub.
Nazirlik rəsmisi bildirir ki, sizin müraciətiniz ətraflı araşdırılmışdır: “ Redaksiyanıza daxil olan zənglərin “Rostelekom” ASC-yə məxsus kanallardan daxil olduğu müəyyən olunmuş və qarşılıqlı araşdırma nəticəsində həmin zənglərin mənbəyi müəyyən edilərək 18.02. 2015-ci il tarixdən etibarən bloklanmışdır”.
Biz də Qafqaz Xəbər Agentliyi olaraq operativ tədbir gördüyü üçün nazirliyin əməkdaşlarına və cənab nazir Əli Abbasova təşəkkürümüzü bildiririk.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR