Pakistan prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Pakistan prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı və xanımı Bequm Sahibanı baş nazirin 1426066072_0001i Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Prezidenti Pakistanın rəsmi şəxsləri və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edir.

Qeyd edək ki, Məmnun Hüseyn Azərbaycana prezident İlham Əliyevin dəvəti əsasında səfər edib.

Üç günlük səfər zamanı keçiriləcək danışıqlarda əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək. Danışıqların yekunu olaraq 4 sənəd imzalanacaq. Pakistan prezideninin səfəri zamanı həmçinin biznes forumu keçiriləcək.

Pakistan prezidenti M. Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 10 il ərzində Pakistana humanitar yardım sahəsindəki xidmətlərinə görə Pakistanın ali «Hilal-e Pakistan» ordenini də təqdim edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR