Penitensiar Xidmətdə qanun pozuntuları baş alıb gedir

1372341589-221Vəkil Elmar Süleymanov bizdən xahiş edir ki: “ Müştərimin tapılmasında mənə kömək edin”.
Vəkilin sözlərinə görə, onun müştərisi Hünər Cəfərov narkotik maddələrin satışı ittihamı ilə həbs edilib: “ 22 martda Nərimanov məhkəməsi Hünər Cəfərovun həbsi ilə bağlı qərar verib. Qərara görə,Hünər Cəfərov Kürdəxanı qəsəbəsində yerləşən istintaq təcridxanasına yerləşdirilib “.
23 martda Xunar Cəfərovun ailəsi onun hüquqlarını qorumaq üçün Elmar Süleymanovla müqavilə bağlayıb.
Vəkil qafqaznews.org-a bildirib ki: “ Mən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( BMCMİ ) müraciət elədim ki, öz müştərimlə görüşüm. Müstəntiq Ramil Məmmədov mənə bildirdi ki, mən görüş üçün icazə verə bilmərəm, çünki hələ bayram günləri başa çatmayıb. Bu günədək mən və müştərimin qohumları onu tapa bilmirik. Müştərim nə BMCMİ-də, nə Kürdəxanıdakı təcridxanada deyil”. elmar suleymanov
Vəkil onu da bildirib ki: “ Biz məsələyə aydınlıq gətirmək üçün Ombudsman Aparatına və Baş prokurorluğa müraciət elədik. Onlar da deyir ki, biz heç bir kömək edə bilmərik”.
Bütün bunlardan sonra qafqaznews.org Hünər Cəfərovu axtarmaq qərarına gəldi.
Bu məqsədlə BMCMİ-nin müstəntiqi Ramil Məmmədova müraciət elədik. Təəssüf ki, o, bizim suallarımıza cavab verməkdən imtina elədi.
Onda biz Kürdəxanı təcridxanasına müraciət elədik.
Təcridxananın əməkdaşı kapitan Xəlilov bizə bildirdi ki, Hünər Cəfərov bizdədir və sabah tibbi yoxlama olacaq.
Vəkil qafqaznews.org-a bildirib ki: “ Hünər Cəfərovla bağlı 29 martda tibbi yoxlamanın keçirilməsi kobud qanun pozuntusudur. Tibbi yoxlama təcridxanaya gələn kimi keçirilməlidir. Çünki 29 martda tibbi yoxlama keçirilsə və onun bədənində işgəncə izləri aşkar olsa, belə nəticəyə gəlməAlimammad_Nuriyev_291212k olur ki, işgəncələr təcridxanada verilib”.
“Konstitusiya” fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə vəkilin dedikləri təsdiqlədi: “ İstənilən vətəndaş saxlanılan kimi ona tibbi kart açılır. Həmin kartda saxlanılan şəxsin sağlamlığı ilə bağlı bütün göstəricilər qeyd olunur. Bundan sonra 10 gün müddətində saxlanılan şəxs istintaq təcridxanasına göndərilir”.

Nuriyev qafqaznews.org –a onu da bildirib ki: “ Həbs olunmuş şəxslə bərabər onun tibbi kartı da təcridxanaya göndərilir. Və təcridxanada müttəhim yenidən tibbi müayinədən keçir. Aşkar olunan göstəricilər karta qeyd olunur. Gələcəkdə hər hansı işgəncə faktı ortaya çıxarsa həmin kart vasitəsilə işgəncənin konkret harada verildiyi müəyyən olunur”.
Nuriyevin sözlərinə görə, əgər Hünər Cəfərov təcridxanaya daxil olan kimi tibbi müayinə keçirilməyibsə bu ciddi qanun pozuntusudur və bu barədə vəkil Baş prokurorluğa şikayət edə bilər.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR