“Putin Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışında iştirak edə bilər”

506208Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyini istisna etməyib.

Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Həqiqətən, dəvət var. Səfərin baş tutacağını istisna etmək olmaz, lakin yekun qərar verildikdə biz əlavə məlumat verəcəyik”, deyə Peskov jurnalistlərə bildirib.

Dörd ildən bir keçiriləcək Avropa Oyunları iyunun 12-də Bakıda start götürəcək və iyunun 28-dək davam edəcək.  253 komplekt medal uğrunda yarışlar idmanın 20 növü üzrə keçiriləcək (onlardan 11-i 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakterlidir).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR