Putin Poroşenkonu belə döydü – Video

1426081477Rus millətçiləri Ukrayna böhranı ilə bağlı satirik video-oyun hazırlayıb.   Axar.az xəbər verir ki, video üçün “Mortal Kombat” kompüter oyunundan istifadə edilib. Videoda Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Pyotr Poroşenkonun döyüşü təsvir olunur. “Normandiya dörtlüyü”nə daxil olan Almaniya kansleri Angela Merkellə Fransa Prezidenti Fransua Olland isə kənardan baxaraq iki liderin döyüşməsini müşahidə edir.   Putinin Poroşenkoya zərbə vurduğu anda isə qəflətən ABŞ Prezidenti Barak Obama peyda olur. O, Putinə bir neçə zərbə vuraraq sanki ona dərs verir və daha sonra buxarlanaraq yoxa çıxır.   Sonda isə Putin Poroşenkonu “məhv edərək” tam qələbə qazanır.   Rus millətçilərin hazırladıqları satirik videonu təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR