“Qazangöl” oteli əxlaqsızlıq yuvasına çevrilib

images_(2)(209)Obyektin fəaliyyəti ətrafda yaşayan sakinlərin narahatlığına səbəb olur
Son vaxtlar ölkə ərazisində iaşə obyektləri kim qeydiyyatdan keçmiş, əslində isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən müxtəlif səviyyəli pritonların sayında bir artım müşahidə olunur.Bu xüsusda dərc etdiyimiz materiallarda biz qeyd otmişik ki, bu gün istər paytaxt Bakıda, istərsə də respublikanın digər şəhər və rayonlarında bu kimi əxlaqsızlıq yuvalarına arzuolunmaz dərəcədə çox rast gəlmək mümkündür. Təəssüflər olsun ki, əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinə şahid oluruq. Bu səbəbdən də biz dəfələrlə bu mövzuya müraciət edərək şəhər və bölgələrimizdə fəaliyyət göstərən, sözün əsil mənasında cəmiyyətimizin mənəvi və fiziki deqradasiyasına xidmət edən bu “çirkab quyularını” və onların mövcudluğuna şərait yaradan himayədarlarını ifşa etməyə çalışmışıq.“Qazangöl” oteli raytaxtınAbşeron rayonu ərazisində, Fatmayı kəndinin girəcəyində yerləşir. Mənbənin verdiyi məlumata görə, bu obyektə rayon polis idarəsinin məmurlarından biri havadarlıq edir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, “Qazangöl” oteli də bu kimi qeyri-qanuni fəaliyyət göstərən pritonlardan biridir. Məlumatlara görə “Qazangöl” oteli bu gün icarə əsasında fəaliyyət göstərir. Belə ki, obyektin sahibi kimi təqdim olunan Sakit adlı şəxsin buranı Tahir adlı digər bir vətəndaşa icarəyə verdiyi bildirilir. Məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu otel də müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. Belə ki, məlumatlara əsasən dövlət qeydiyyatına otel kimi alınan “Qazangöl” eyni zamanda həm də istirahət mərkəzi, restoran kimi fəaliyyət göstərməkdədir. Obyektin bu fəaliyyəti isə ətrafda yaşayan sakinlərin narahalığına səbəb olur. Gecə saatlarında ucadan səsləndirilən musiqi, içki məclislərində tez-tez baş verən dava-dalaş insanların öz evlərində dincəlmələrinə imkan vermir. Amma sakinlər deyirlər ki, bütün bunlara da göz yummaq olardı, bircə bu əxlaqsızlıq məsələsi olmasaydı. Etiraf etmək lazımdır ki, ödənişli seks faliyyəti, qədim peşə adlandırılan fahişəlik kimi sosial təzahürlər bu gün artıq bizim cəmiyyətimizin də bəlasına çevrilmişdir. Rəsmi statistika son illər Azərbaycanda cinsi əlaqə yolu ilə qorxulu xəstəliklərə yoluxma hallarının xeyli artdığını təsdiq edir. QİÇS, müxtəlif hepatitlər, sifilis və sairə bu kimi ölüm saçan viruslar da bu xəstəliklərdəndir. Cinsi əlaqədən keçən sifilis, süzənək kimi zöhrəvi xəstəliklərin artma səbəblərindənən əsası da məhz fahişəliyin genişlənməsiylə əlaqəlidir. Ekspertlər isə bu qənaətdədirlər ki, Azərbaycanda fahişəliyin çəkisi artıb və bu qədim peşə ölkə üçün ciddi problem kimi qalmaqda davam edir, zöhrəvi xəstəliklərin çoxalmasına şərait yaradır.Artıq qeyd etdiyimiz kimi, aldığımız məlumatlarda rayonun yüksək çinli polis əməkdaşlarından biri tərəfindən “Qazangöl” otelinə himayədarlıq edildiyi bildirilir. Təbii ki, ətraf ərazilərdə yaşayan insanların bu cür neqativ hallara kəskin reaksiya göstərmələri anlaşılan haldır. “Qazangöl” otelinin fəaliyyətindən məlumatl olanların böyük əksəriyyəti bu fikirlə razılaşırlar ki, yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verən və cəmiyyətin mənəviyyatına qarşı yönəldilmiş rüsvayçı fəaliyətin durdurulmaması, növbəti və daha böyük qanun pozuntularının, ağır cinayət hadisələrinin baş verməsini stimullaşdırır. Ümid edirik ki, Abşeron Rayon Polis İdarəsi, eləcə də problemə aidiyyatı olan digər qurumlar bu obyektin fəaliyyətinin ciddi şəkildə araşdırılmasını və burada baş verən qanun pozuntularına nəhayət ki, son qoyulmasını təmin edəcəklər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR