Robert Prosineçkinin Malta ilə oyun zamanı davranışı – VİDEO

1 (1)O qəzəblənir, kədərlənir, sevinirdi…

Oxu.Az Azərbaycanın futbol üzrə yığmasının Avropa-2016-nın Malta ilə seçmə matçında Robert Prosineçkinin özünü necə apardığının əks olunduğu video-yığmanı təqdim edir.

Xorvatiya mütəxəssisi yetərincə emosional davranışı ilə yadda qalıb. O qəzəblənir, kədərlənir, sevinir və hətta matiyalı futbolçulardan birinin zədə almasına operativ reaksiya verməyi də çatdırıb, o jestlərlə qonaq komandanın həkimlərini oyunçuya köməyə çağırıb.

Xatırladaq ki, Azərbaycan yığması 2:0 hesabı ilə qalib gəlib. Bu Prosineçkinin milli yığmamızın sükanı arxasında keçirdiyi ilk rəsmi oyunu idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR