Saatlının icra başçısı barəsində şikayət olunan rayon rəhbərləri arasında birincidir – Narazılıq var

1426073488_0001Saatlı rayon icra hakimiyyətinin başçısının əməlləri artıq yuxarı dairələri də təngə gətirib. Bu barədə Vertikal.az-a daxil olan məlumatlarda bildirilir ki, Siraqəddin Cabbarov artıq idarəetməni itirib. Bu isə rayonda ciddi narazılıq doğurub.

Bununla bağlı açıqlama verən rayondakı qaynaqlar iddia edir ki, icra başçısının öz nəzarətində saxladığı ən gəlirli sahələrdən biri də rayon səhiyyəsidir: “Çünki bu sahədən əldə edilən gəlirin məbləği olduqca böyükdür. Belə ki, bəzi işbazların iştirakı ilə dövlət büdcəsindən ayrılan dərman preparatları və ərzaq məhsulları satılır və əldə edilən gəlir bir neçə vəzifəli şəxslər tərəfindən bölüşdürülür. Yəni hər kəsin öz faizi var. Elə buna görədir ki, rayon mərkəzi xəstəxanası vətəndaşlardan açıq aşkar rüşvət tələb edilir. Vətəndaşların şikayətini isə dinləyən yoxdur. Baş həkim çatana deyir ki, Siraqəddin Cabbarova aylıq “dolya” verdiyindən, həmin pulu xəstələrdən çıxarmaq zorundadır”.

Məlumata görə, rayona xəbər yayılıb ki, icra başçısının yaxın vaxtlarda işdən kənarlaşdırılacağı gözlənilir. Çünki Saatlıdan Prezident Administrasiyasına edilən şikayətlərin sayında ciddi artım vardır. Qeyri-rəsmi informasiyaya görə, Siraqəddin Cabbarov son 3 ay ərzində barəsində ayrı-ayrı dövlət qurumlarına şikayətlər olunan icra başçıları arasında birincidir.

Vertikal.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR