Şahrza Əliyev barəsində araşdırmaya icazə verildi

1427779369_sahrszaŞəriki olduğu əxlaqsızlıq yuvalarında  da yoxlamalar aparılır

Təhsil Nazirliyi maliyyə idarəsinin sabiq rəisi Şahrza Əliyevi düz 20 il bu vəzifədə işləyib. Hansı vasitələrdən istifadə edərək 20 il eyni vəzifədə qaldığına dair bir məlumatımız olmasa da, özü üçün yaratdığı biznes imperiyası barədə bəzi məqamlara aydınlıq gətirə bilərik. O cümlədən işdən azad olunduqdan sonra onun barəsində araşdırmaların başlanmasıda çox mətləblərə aydınlıq gətirəcək. Bu araşdırmanın hansı nəticə verəcəyini isə zaman göstərəcək. Amma biz mətbu orqan olaraq bu şəxs barəsində bəzi informasiyalar əldə etmişik və bunu sizinlə bölüşmək qərarındayıq.

Hələ Təhsil Nazirliyində işlədiyi dövrdə sabiq idarə rəisi reallaşdırdığı yüz milyonlarla manatlıq maxinasiyaların babalı hələ də bu şəxsin boynunda qalır. Əlbəttə, nazirlikdə aparılan yoxlamalar nəticəsində üzə çıxarılmış çoxmilyonluq yeyintilərin tam həcmi bizə çətin ki, məlum olsun. Lakin bu yeyintilərin səviyyə və miqyasını ortalamaq o qədər də çətin iş deyil. 2012-2013-cü illərdə Təhsil Nazirliyinin bir çox idarə və müəssisələrində gerçəkləşmiş alqı-satqı, cari təmir, məktəb və digər təhsil-tərbiyə ocaqlarının tikintisi layihələri təbii ki, büdcə yeyintilərindən xali deyil.

Bunu nazirliyin tender layihələrinə sahib çıxmış bəzi şirkətlərin siyahısından da asanlıqla sezmək olar.  Təkcə 2012-ci ildə təhsil sektoru üçün ayrılmış 1 milyard manatdan artıq dövlət vəsaitinin etibar edildiyi şirkətlərin siyahısı rəngarəng olduğu qədər  sual doğuracaq müəmmaları da ortaya qoyur. Həmin şirkətlərdən əksəriyyətinin müvafiq tender tələblərinə cavab vermədiyini adi vətəndaş da asanlıqla yəqin edə bilər. Bunun üçün sadəcə müqavilələrin reyestrinə baxmaq kifayətdir. Təhsil Nazirliyi Maliyyə İdarəsinin fəaliyyəti ilə əlaqələndirilən təkzibolunmaz faktların üzərində yüngülvari gəzişmə apardıqdan sonra Şahrza Əliyevin hələ də azadlıqda olması adamı təəccübləndirir. Təhsil Nazirliyində müxtəlif məqsədlər üçün ayrılmış kiçik, orta və yüksək məbləğdə köçürmələrin hansı şirkətlərin hesablarına yol aldığı adamda heyrət və maraq doğurur. Şahrza Əliev isə təhsilimizə ayrılan dövlət vəsaitinin mənimsədiyi hissələrini öz şəxsi biznesini qurmağa nail olub.

Bu gün Şahrza Əliyevin adı əxlaqsızlıq yuvalarına şəriklikdə də hallanır. Sabiq idarə rəisi çox saylı sauna və restoranların, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə sərmayələr qoyaraq qazanc mənbəyi əldə edib. Yəqin ki, əvvəlki yazılarımızda “Yasmin” mərkəzi  barəsində və orda baş verən əxlaqsılıqlarla bağlı məlumatları oxuyubsunuz. Bu mərkəz Şahrza Əliyev və onun şəriki Mərhəmət Bəşirovla birgə yaratdıqları onlarla obyektlərdən biridir.  Onlar birgə Tibb universitetinin yaxınlığında, Səməd Vurğun küçəsi 120 ünvanında bu mərkəzi tikidirib ərsəyə gətirdiblər. Məkan isə təbii ki, təsadüfən seçilməyib. Buna qədər universitetin “lap “qulağının dibində” sauna və əxlaqsızlıq yuvaları təşkil etmişdilər. Müştəri axınının nə olduğunu bilirdilər. Mərhəmət Bəşirov ətrafda yaşayan sakinlərin alış-veriş üçün tez-tez şəhərin mərkəzi hissəsində yerləşən ticarət mərkəzlərinə getmələrinə ehtiyacları qalmayacağını deyirdi. Sitat: “Universitetlərin, xüsusilə Dövlət Tibb Universitetinin tələbə və müəllim kontingenti, mərkəzin ətrafında sürətlə inşa edilən və mövcud yaşayış binalarının sakinləri, eləcə də digər qeyri-yaşayış obyektlərinin işçiləri, mərkəzi əhatə edən küçələrdəki insan axınının, eləcə də nəqliyyat vasitələrinin sıxlığı böyük müştəri axınını təmin edən amillərdir. Bizim apardığımız marketinq işlərinin nəticələrinə əsasən “YASMİN” mərkəzinə gələn müştərilərin sayı hər ay təxminən 140-150 min nəfər təşkil etməlidir”. Ümumilikdə isə ölkə ərazisində “Jasmin” və “Mərhəmət” ticarət şəbəkəsi adı altında fəaliyyət göstərən obyektlərin hamısı Mərhəmət Bəşirovla onun iş ortağı Şahrza Əliyevə məxsusdur. Bu iki şərikin sahibi olduğu “Jasmin” saunası əxlaqsızlıq yuvasına çevrilib: “Bura gələn müştərilərin niyyəti məlum məsələdir. Şəhərin mərkəzi hissələrindən birində belə obyektin fəaliyyət göstərməsi isə acınacaqlıdır. Camaatın, xüsusilə də Tibb Universitetinin tələbələrinin gözü qarşısında “Jasmin” saunasında əxlaqsız işlər baş verir. Müştərilərin özü ilə saunaya gətirdikləri qızların əksəriyyəti azyaşlıdır. Mərhəmət Bəşirovun adamları saunanı dörd bir tərəfdən mühafizə edirlər. Bu isə bəzi şübhələrin yaranmasına səbəb olur. Şahrza Əliyev iş ortağının sahibi olduğu əxlaqsızlıq yuvasına ən yüksək səviyyədə himayədarlıq edir. O vəzifədə çalışdığı müddətdə özünə bir sıra dostlar tapıb ki, onların arasında hüquq-mühafizə orqanlarında çalışan şəxslər də var. Məhz onların köməyi ilə keçmiş şöbə müdiri şəriyinin rəhbərlik etdiyi əxlaqsızlıq yuvasının rahat fəaliyyət göstərməsinə şərait yaradıb”. Amma əvvəlcədən də yazdığımız kimi artıq bu əxlaqsızlıq yuvalarında ciddi yoxlamalara start verilib. Ən əsası isə Şahrza Əliyev barəsində arşadırma aparılması baradə yüksək səviyyədə icazə verilib. Yaxın zamanlarda biz bu araşdırmaların ciddi nəticəsini görəcəyik. Və adı bu cür qanunsuzluqlarda hallanan Şahrza Əliyev və onun şərikləri qanun qarşısında layiqli cəzalarını alacaqlar.

gundelik-baku.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR