Sami Yusuf Azərbaycan barədə nələr dedi? – AÇIQLAMA

753cacddc5e2fe8a4752b65ece12c804“9 il öncə Bakıya gəlmişdim. Amma çox istərdim ki, köhnə Bakını, əvvəlki binaları görüm”. Lent.az-ın məlumatına görə, bu sözləri ötən gün Bakıya gələn Azərbaycan əsilli tanınmış müğənni Sami Yusuf keçirdiyi mətbuat konfransında deyib. O, martın 14 və 15-də  Heydər Əliyev sarayında verəcəyi konsertlə bağlı da danışıb: “Bu Bakıya il səfərim deyil, Bakı dəyişib. Mən 9 il öncə gördüyüm Bakını çox bəyənmişəm. Xüsusən də şəhərin mərkəzində yerləşən çayxanaları qeyd edə bilərəm. Şəhər mənim üçün elə də təəccüblü deyil. Dünyanın bir çox ölkələrində olmuşam. Əsas insanlarınız çox mehriban və istiqanlıdır. Kaprizli müğənni deyiləm. Heydər Əliyev sarayında 2 gün konsertim olacaq. Öz musiqi dəstəmlə gəlməmişəm. Konsertdə məni azərbaycanlılar müşayiət edəcək. Konsertdə 19 mahnı oxuyacam. Aralarında Azərbaycan mahnıları da var. Gecədə “Sarı gəlin” mahnısını da ifa edəcəm. Bu mahnını uşaq yaşlarımdan eşitmişəm. Çox bəyənirəm.

 

S.Yusuf daha əlavə edib ki, Azərbaycanın tanınımış sənətçilərinin biri ilə layihə etmək istəyir: “Azərbaycanda istedadlı müğənnilər var. Lakin yenilərdən heç kimi tanımıram. Yalnız mərhum sənətkar Rəşid Behbudovun mahnılarını eşitmişəm. Çox istərdim ki, gələcəkdə hansısa azərbaycanlı müğənni ilə yeni layihə həyata keçirib, dünya turuna çıxaq”.

753cacddc5e2fe8a4752b65ece12c804

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR