Şirvan Su-kanal idarəsinin növbəti bacarıqsızlığı-VİDEO

1427784939_vŞirvan ərazi daxili aktual problemlər toplusundan artıq 4-cü materialımı sevimli oxucularıma çatdırıram. Bir daha qeyd edirəm ki, hər zaman haqqı-nahaqqdan ayıraraq ədaləti dəyərləndirməyi bacaran oxucularımıza xüsusi minnətdarlıq hissimi bildirirəm..
Su-həyat mənbəyidir-deyib aqil insanlar,dünya ailmləri!! Getdikcə tükənməyə doğru addımlayan içməli suyun insan orqanizmində əvəzolunmaz rolu haqqında ötən materiallarımda diqqət çəkən məqamları gərək ki,sizlərə çatdırmışdım…
Ümumilikdə, i
çməli su qıtlığından bir çox inkişaf edən ölkələrin əziyyət çəkməsi qaçılmaz bir faktdir.Hamımıza adi görünən- su üstündə daxili münaqişələr və dövlətlərarası mübahisələr tez-tez baş verir. Müxtəlif mənbələr bildirir ki, son 50 ildə içməli su üstündə azı 37 dövlətlərarası kəskin mübahisə baş verib. Habelə qeyd etdiyim dövrdə, dövlətlər içməli su ehtiyatlarından istifadəyə dair təxminən 150 müqavilə bağlanıbdır..

Hazırda planetin əhalisinin 2,6 milyard nəfəri təmiz içməli su əldə edə bilmir. Proqnozlara görə, 2030-cu ildə dünyada içməli suya tələbat 55 faiz artacaq.!! Su qıtlığı,özü ilə parallel olaraq ərzaq qıtlığına da səbəb olacaq. Çünki hazırda şirin su ehtiyatlarının 70 faizi suvarmaya sərf olunur. !!! Bu gün dünyanın 39 ölkəsi içməli suyun böyük hissəsini ölkə xaricindəki mənbələrdən alır. Bu ölkələrə Azərbaycan, Latviya, Slovakiya, Özbəkistan, Ukrayna və s. daxildir.Eyni zamanda Türkiyə ilə Suriya, Türkiyə ilə İraq, İraqla İran arasında su resursları üstündə mübahisələr hökm sürür. Bu mübahisələrin dinc yolla həlli imkanları getdikcə tükənir.
Belə olan təqdirdə niyə görə biz, daxili resurslarımızın qorunmasında maraqlı deyilik!?  Niyə görə böyük məsrəflər,habelə çox-saylı işçi qüvvəsinin gərgin əməyi nəticəsində əmələ gələn içməli suya laqeyd yanaşırıq!!?? Onsuz da planetdə içməli su qıtlığının yaranmasına dair artıq ölkə ekspertlərini müdhiş  və qorxu vəd edən proqnozları həyəcan təbili çalır..!!
Belə bir təqdirdə, Şirvan Su-kanal idarəsi bir daha öz fəaliyyətsizliyini sübuta yetirdi;-Şirvanın cənub girəcəyinin yaxınlığında baxımsızlıq ucbatından partlayaraq ətrafa yayılan icməli su – bir neçə gün baxımsız olaraq axaraq itkiyə getmişdir. Bütün şəhər ictimaiyyətinin kəskin qəzəbinə səbəb olan bu insident-tərəfimdən videolentə alınaraq sevimli oxucularımın ixtiyarına verilmişdir..Su kanal idarəsinin rəhbərliyi Bakıxan Əhədovun qətiyyətsizliyi,onun növbəti uğursuzluğu ilə nəticələndi;bir daha bacarıqsızlığı ilə media gündəmində müzakirələrə səbəb oldu..Bütün hallarda saxta müstəqilliyini sübutayetirməyə cəhd göstərən Bakıxan Əhədovun yeri Su-kanal idarəsi deyil, elə əvvəllər çalışdığı primitiv təhsil sahələridir!!
Həmçinin  sözügedən su qıtlığına səbəb olan amillərdən biri də, son illər kənd təsərrüfatı sahəsindəki suvarma işlərinin gözlənilməz həddə çatmasıdır.. Su qıtlığının yaranmasının ilkin səbəbi – suya nəzarət edən vahid bir qurumun olmamasıdır. Bu gün ölkə ərazisində suya 4 qurum- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərsu ASC, Meliorasiya və Su Təsərrüfatı ASC nəzarət edir. Onların hərəsi ayrı-ayrı su sahələrinə cavabdehlik daşıyırlar. Əgər vaxtında su anbarları yaransaydı, heç bir problem yaşanmazdı. Bu qurumlardan heç biri ehtiyat su anbarları yaratma-dığından hər il yay aylarında içməli su qıtlığı yaranır..
Bakıxan Əhədov kimi məmurlar ücbatından həyat elementi daşıyan içməli sular 
boş yerə axaraq təyinatsı bir halda itkiyə gedir. Əgər müvafiq şəkildə süni göllər yaradılsa, yay aylarında su çatışmazlığını qismən də olsa aradan qalxar. 

xalqxeber.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR