Teoloq Dinlərarası Şuranın qərarını alqışlayır

126 martda Rusiya Dinlərarası Şurası ( DŞ) ölkə KİV-lərini “İslam dövləti” terminindən ( İŞİD ) imtina etməyə çağırıb. Belə ki bu termin Suriya və İraqdakı terrorçuları adlandırmaq üçün istifadə olunur.
Bu bəyanat Dövlət Dumasında DŞ tərəfindən qəbul olunub. DŞ 1998-ci ildə yaradılıb və Rusiyadakı 4 ənənəvi dinin ( pravoslav, islam, iudaizm və buddizm ) mənəvi liderlərini birləşdirir. DŞ-nin sədri Rusiya və Moskva patriarxı Kirildir.
Bəyanatda bildirilir ki: “ Ümid edirik ki, Rusiya KİV-ləri bizim fikrimizlə həmrəy olacaqlar. İslam Dövləti ( İD ) və İŞİD  abreviaturaları məqsədəuyğun deyil, çünki “dövlət”, “dövlətçilik”, “islam” kimi mühüm anlayışları gözdən salır. (vesti.az).
“Məşədi Dadaş” icmasının rəhbəri Hacı Şahin qafqaznews.org-a bildirib ki, o, DŞ-nin bəyanatını alqışlayır: “ İŞİD-in ( İraq Şam İslam Dövləti ) islam dininə heç bir dəxli yoxdur. Çünki islam dini dözümsüzlüyü qəbul etmir”.
Teoloqun fikrincə, kim bu terror təşkilatını islam dövləti adlandırırsa, istər-istəməz İŞİD-i islam dini ilə eyniləşdirir.
Hacı Şahin onu da qeyd elədi ki, yaxşı ki ,islam dövlətləri bu adı dırnaq arasında verir.

R.Həsənoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR