WhatsApp zəng funksiyasını işə saldı

wh2Zənglər avtomatik olaraq zəng edilən istifadəçinin ekranında görünür.

Dünyada ən məşhur mobil messenger WhatsApp səsli zəng funksiyasını işə salıb.

Oxu.Az xəbər verir ki, WhatsApp-ın yenilənmiş versiyasında “Zənglər” əlavəsi var, onun yardımı ilə istifadəçilər öz kontaktlarından istədiklərinə, əgər hətta zəngi “qəbul edən” tərəf yeni versiyanı yükləməyibsə belə zəng edə bilərlər.

Zənglər avtomatik olaraq qadcetin sahibinin ekranına çıxır, hətta əgər qurğu aktiv olmasa belə. Zəngləri həm Wi-Fi, həm də mobil şəbəkə vasitəsi ilə etmək olar.

Hal-hazırda WhatsApp-da zənglər yalnız android-telefonlar üçün mümkündür. iPhone-a yeni versiyanı yükləmək lazımdır, amma öncədən ceylbleyker prosedurundan keçilməlidir.

Şirkətin həmtəsisçisi Brayn Ekton F8 konfransında bəyan edib ki, WhatsApp yaxın bir neçə həftə ərzində iPhone üçün səsli zəngləri dəstəkləyən rəsmi proqram buraxmaq fikrindədir.

wwww

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR