Xəbərdarlıq: “Feysbuk hesabınızı dondurun!”

1427467324Avropa Komissiyasının nümayəndəsi Bernard Şima öz xəbərdarlığı ilə bütün dünya mətbuatında əks-səda doğurub.

Axar.az xəbər verir ki, Şima Feysbuk sosial şəbəkəsi istifadəçilərinə müraciət edib.

“Bütün məlumatlarınızı ABŞ-ın ələ keçirməsini istəmirsinizsə, Feysbuk hesabınızı dondurun!”, – Şima bildirib.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin 2010-cu ildən etibarən mobil telefonları dinlədiyi ilə bağlı iddialar Şimanın bu çıxışının ictimaiyyət tərəfindən ciddi qəbul olunmasına səbəb olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR