Zərdab rayon icra başçısının birinci müavini vəzifəsindən azad edildi – Öğlunun səhv əməlinin bədəlini ödədi

1427788683_0001Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, onun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən öncə Trend-ə bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR