Elmira Şükürovanın Kəlbəcər RTŞ-yə transferinin şok pərdəarxası…

1428735845_852Xanım məmuru həbs təhlükəsindən son anda kim xilas edib?

Onun atası Əvəz Şükürov vaxtilə Surət Hüseynova dəstək verdiyi üçün Heydər Əliyev tərəfindən vəzifədən çıxarılmışdı

Uzun illər Ağdam təhsilini bərbad hala salmış ElmiraŞükürova bu günlərdə nəhayət ki, tutduğu vəzifədən azad edilib. Nazir Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən ElmiraŞükürova bundan sonra Kəlbəcər Rayon Təhsil Şöbəsinə (RTŞ) rəhbərlik edəcək. Çox maraqlıdır ki, Təhsil Nazirliyinin rəsmiləri şöbə müdirinin işdən azad edilməsi ilə bağlı ictimaiyyətə heç bir açıqlama verməyiblər.

Elmira xanımın Kəlbəcər RTŞ-yə təyinatı ilə bağlı bir sıra maraqlı məlumatlar əldə etmişik. Adının gizli qalmasını xahiş edən mənbənin verdiyi məlumata görə, Elmira Şükürova həbs təhlükəsindən son anda xilas olub: “O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atmışdı. Bunu nəzərə alan Maliyyə Nazirliyinin əməkdaşları bir neçə ay əvvəl şöbədə yoxlama aparıb. Yoxlama zamanı dövlət büdcəsindən təhsil şöbəsinin saxlanması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi aşkar edilib. Bununla bağlı maliyyə naziri Samir Şərifova məruzə edən nazirlik işçiləri şöbə müdirinin barəsində sərt tədbirlərə imza atmaq istəyiblər. Nazir tərəfindən də bu işə razılıq verilib. Amma son anda yüksək rütbəli şəxslərdən birinin məsələyə qarışması Elmira Şükürovanın həbs təhlükəsindən yayınmasına kömək olub. Belə ki, şöbə müdiri vəzifəli şəxslərdən biri ilə qohumdur. Deyilənə görə, onun Kəlbəcər Rayon Təhsil Şöbəsinə müdir təyin olunmasında həmin məmurun böyük rolu olub. Əslində, xanım Şükürova bu günə kimi həyata keçirdiyi özbaşına əməllərinə görə yeni vəzifə ilə təmin edilməməli idi. Çünki bu şəxsin Ağdam Təhsil Şöbəsinə rəhbərlik edərkən hansı işləri görməsi çoxlarına məlumdur. Yadınıza düşürsə, Elmiraxanım Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi vaxtlarda onun kabinetində insident yaşanmışdı. Qaratel Əliyeva bir əlində benzin, bir əlində kibrit Elmira Şükürovanın otağına daxil olub. Ondan külli miqdarda pul aldığı halda nə üçün məktəbini bağlatdırdığını deyib. Tərəflər arasında dava düşüb, Qaratel Əliyeva gətirdiyi benzini həm öz üstünə, həm ElmiraŞükürovanın, həm də katibəsi Gülnaz Qəhrəmanovanın üstünə töküb od vurub. Otaqda yanğın çıxdığını görən təhsil şöbəsinin təchizat rəhbəri Mədət Hüseynov və E.Şükürovanın müavini Rahil Allahverdiyev gödəkcəsini Şükürovanın üstünə ataraq, öncə onun yanan ayağını söndürüb və otaqdan çıxarıblar. Qaratel Əliyeva isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qaratel Əliyevanın bu üsula əl atmasına səbəb şöbə müdirinin Şagird Şəbəkəsinin Təsdiqi OŞ-1 forması üçün ondan 8000 manat aldığı halda məktəbini bağlaması olub. Halbuki, Elmira Şükürova Qaratel Əliyevaya məktəbinin fəaliyyətinin davam edəcəyinə söz verib. Şöbə müdiri noyabr ayında Maliyyə Nazirliyinin yoxlaması üçün bütün məktəb direktorları ilə yanaşı, Qaratel Əliyevadan yenidən müəyyən miqdarda pul alıb. Bayram tətilindən qayıtdıqdan sonra isə Qaratel Əliyeva məktəbinin bağlanması xəbərini eşidib. Dəfələrlə pulunu geri istəyib, lakin ala bilməyib. Çarəni özünü yandırmaqda görən məktəb direktoru bu addımı atıb”. Məlumatlı mənbə vurğulayır ki, Ağdam RTŞ-də aparılan maliyyə yoxlamaları zamanı şöbə müdirinin büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinin yeni “üsulunu” tapdığı müəyyən edilib: “Xatırladım ki, bir müddət əvvəl ElmiraŞükürovanın ayrı-ayrı adamların adına qeydiyyatdan keçirdiyi kiçik müəssisələr vasitəsilə büdcə vəsaitlərini mənimsəməsi barədə iddia ortaya atılmışdı. Yayılan məlumatlara görə, şöbə müdiri kommunal və kommunikasiya xidmətlərinin satın alınması işini “Tikinti-2011”? MMC-yə tapşırıb. Bu işlərin ümumi dəyəri 22200 manat təşkil edib. Bərk inventarların satın alınması “Mebel-Servis” MMC-yə həvalə edilib və bu zaman 70190 manatın xərcləndiyi sənədləşdirilib. Məktəblərin əsaslı təmir işlərinin satın alınması prosesini isə “İnşaatçı EE” MMC reallaşdırıb və bu zaman 85870 manatlıq işin görüldüyü qeyd olunub. İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması isə “Bərdə Tikiş Kommersiya” MMC tərəfindən həyata keçirilib. Bu dəfə isə 21600 manat sərf edilib. Tenderlərin ən yaralı yeri olan “Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması” isə Bərdədəki “Karolin KFT” MMC-yə həvalə edilib. Rəsmi sənədlərə görə, bunun üçün 40660 manat pul ayrılıb.

Lakin ayrılan vəsaitlərin böyük hissəsinin təyinatı üzrə sərf edilmədiyi və şöbə müdirinin şəxsi büdcəsinə yönəldildiyi qeyd olunur”. Apardığımız araşdırmalar nəticəsində həmçinin öyrəndik ki, Elmira Şükürovanın atası Əvəz Şükürov 1993-1995-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləyib. İddialara əsasən, 1995-ci ildə Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman o sabiq baş naziri dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb. Təəssüf ki, belə bir şəxsin övladına nazir Mikayıl Cabbarov tərəfindən yeni vəzifə verilib. Kəlbəcər rayonunun təhsil ictimaiyyəti isə Elmira Şükürovanın təyinatından heç də razı qalmayıb. Bu haqda gələn sayımızda ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.

Yazı ilə bağlı qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

P.S. Deməli Məhəmməd Bağırovun həbsi kimlərəsə lazım imiş, amma belə iş tutmaq olmaz.

gundelik-baku.com

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR