“Google”un məşhur meneceri zəlzələdə öldü

89296Nepalda baş verən zəlzələ səbəbilə Everestə güclü qar uçqunu yaranıb.

Nepalda baş verən güclü zəlzələ səbəbilə Everest dağı yamacında olan bəzi alpinistlərlə yanaşı, “Google” şirkətinin əməkdaşı da həlak olub.

ANS PRESS-in məlumatına görə, “Google” şirkətinin yüksək vəzifəli əməkdaşı Daniel Fredinburq Nepaldakı zəlzələ səbəbindən Everestdən enərkən qar uçqununun altında qalıb. Biznesmenin Everest zirvəsinə qalxması ilə məşğul olan Britaniyanın “Jagged Globe” şirkəti bu barədə xəbər yayıb.

Xəbərdə bildirilir ki, komanda üzvlərindən olan D.Fredinburq hadisə yerində dünyasını dəyişib, iki nəfər isə travmalarla xilas ola bilib.

Qeyd edək ki, Daniel Fredinburq “Google” şirkətində “Google X” yeni layihələr laboratoriyasında yüksək vəzifədə işləyirdi. Alpinizm isə onun hobbiləri arasında göstərilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR