Nepalda zəlzələ qurbanlarının sayı 1900-ə çatdı: 4718 yaralı

5ccb2c9850150792d11834778061755fÖtən gün Nepalda baş verən dəhşətli zəlzələnin qurbanlarının sayı 1900-a çatıb. Lent.az-ın TASS-a istinadən xəbərinə görə, 4718 nəfər xəsarət alıb. On minlərlə insan evsiz qalıb. Seysmoloqların xəbərdarlığına görə, ölkədə daha bir dağıdıcı zəlzələ baş verə bilər. Afterşoklar regionu daha 2 gün silkələyəcək.

Bu gün səhər Katmanda ətrafında 5,6 maqnitudada daha bir təkan baş verib.

Artıq müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Yaponiya, Çindən xilasedicilər Nepala yollanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR