Ronaldu İsrafilovun komandasına 5 qol vurub

main_292 (1)Madridin “Real” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ölkə çempionatının son turunda “Qranada”ya 5 qol vurub.

“Report” xəbər verir ki, qarşılaşma 9:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.

Ronaldu qollardan üçünü 8 dəqiqə ərzində reallaşdırıb.

Bu, “Real”ın demək olar ki, yarım əsrdə qazandığı ən böyük hesablı qələbədir.

Qeyd edək ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov “Qranada” klubunun şərəfini qoruyur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR