Ağır tonnajlı maşın körpünü qəzalı vəziyyətə saldı – FOTO

11352977_636657719803885_1345535762_o — копия5 aşırımdan ibarət körpünün uzunluğu 90 metrdir.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən xəbərə görə, körpünün qəzalı vəziyyətə düşməsinə səbəb normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkətidir.

Hadisə bu gecə saat 03:00 radələrində baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən daha bir normadan artıq yüklənmiş ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş verib. Nəticədə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Hazırda körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərin hərəkəti növbəli şəkildə təmin olunur. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 90-cı kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb “servis yolu”ndan istifadə etməklə yenidən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilərlər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mütəxəssisləri tərəfindən qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün müvafiq rəy hazırlanır.

1991-ci ildə inşa olunmuş və 5 aşırımdan ibarət körpünün uzunluğu 90 metr, eni isə 18 metrdir.11271498_636657743137216_398061926_o 11233312_636657716470552_635159212_o 11261964_636657733137217_1814189195_o

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR