Ançelotti “Real”da qalacaq

24605“Real”ın baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda komandadan ayrılmayacaq.
Bu barədə xəbəri “Marca” qəzeti yayıb.
2013-cü ildən “Real”ı çalışdıran italiyalı mütəxəssisin müqaviləsinin sonuna qədər komandada qalacağı bildirilir. Klubun prezdidenti Florentina Perez 55 yaşlı mütəxəssisin 2016-cı ilin iyun ayına qədər “Real”dakı işinə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, “Real” Ançelottinin rəhbərliyi altında Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatını qazanıb. (qol.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR