DMX-nin binasında Miryusif Mahmudovun “əl izləri”-FOTO

 212 copy“Üzlük” məsələsi hələ çox su aparacaq

Azərbaycanda son on illikdə dövlət qurumları üçün xeyli sayda möhtəşəm, əzəmətli binalar tikilib. Məsələn, Ali Məhkəmənin, Mərkəzi Seçki Komissiyasının, Dövlət Miqrasiya Xidmətinin və s. əsas binalarını göstərmək olar. Əlbəttə bütün bunlar təqdirəlayiqdir. Birincisi, sovet dövrünimg1817551dən qalma darısqal, müasir tələblərə cavab verməyən binalarda çalışan dövlət məmurlarından yüksək səviyyədə, keyfiyyətli iş tələb etmək ən azı real deyil. Digər tərəfdən bu möhtəşəm binalar şəhərimizin gözəlliyini birə beş artırır. Amma… 19 mayda Binəqədi rayonu ərazisində baş verən yanğın, xeyli vətəndaşımızın həlak olması bir daha onu göstərdi bəzi məmurlar, iş adamları üçün ancaq “cib” anlayışı var, yəni nə qədər qazandım. Bu işbazlar fikirləşmir ki, gördüyüm keyfiyyətsiz iş sonda onlarla, bəzən yüzlərlə insanın həyatı bahasına başa gələ bilər. Bu işbazlar üçün ilk növbədə “bu gün” var. Onalar sabah barədə düşünmürlər.1008020 Digər tərəfdən bu işbazlar hələ də cəzasız qalacaqlarını düşünürlər. Bəli, məhz cəzasız qalacaqlarını düşünürdülər. Ancaq fəlakətlə bağlı yaradılmış dövlət komissiyasının ilk iclasında ölkə başçısı bəyan etdi ki, heç kim cəzasız qalmayacaq. Ulu öndər Heydər Əliyev deyirdi ki, dövlət o vaxt çökür ki, cinayətkar cəzasız qalır. Amma özünü neçə illərdir ki, toxunulmaz hesab edənlərin cəzalanma dövrü başlayıb. Məlumdur ki, yanğınla bağlı ilk versiya binada istifadə olunan üzlük materiallarının keyfiyyətsizliyidir. Bəli155, rəsmi məlumata görə Bakıda keyfiyyətsiz üzlük materialları ilə “bəzədilmiş” yüzlərlə bina var və hadisə təkrarlana bilər. Görəsən milyonlarla dövlət vəsaitini “fəlakət mənbəyinə” çevirənlər kimlərdir..? Hələki baş verən fəlakətlə bağlı yanan binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Xatırlatma üçün bildirək ki, ötən yazımızda Miryusif Mahmudovun Gəncə şəhərində böyüyüb boya başa çatdığı, biznes aləminə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin “xeyir-duası” ilə gəldiyini yazmışdıq.160 Hətta onu da qeyd etmişdik ki, “Global Construction” şirkətinin ilk işi sərhəd qoşunları üçün Gəncə-Samux zonasında hərbçilər üçün kazarma tikmək olub. Sonra isə “Global Construction” şirkəti Dövlət Sərhəd Xidmətinin Akademiyasının tikintisini həyata keçirib. Bir sözlə, böyük layihələrə imza atıb… Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) daxil olan son məlumata görə, Dövlət Miqrasiya Xidmətinin əsas binasını da “Global Construction” şirkəti tikərək istifadəyə verib.  Maraqlı olan odur ki, dövlətin milyonlarla vəsaiti hesabına tikilən binanın inşaat işlərini Miryusif Mahmudova kim “hədiyyə” edib..? İlk ağılna gələn versiya Elçin Quliyevdir. Məlumdur ki, Dövlət Miqrasiya Xidmətinə “nəzarət” DSX-nin rəisinə məxsusdur. Deyəsən, bu “üzlük” məsələsi hələ çox su aparacaq. Bizi izləyin.

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az )

163 161

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR