Boşanmaq üçün 7,5 milyard dollar

img1833568Rus milyarder Vladimir Potaninin boşanmaq istədiyi 35 illik arvadı Natali ölkə mediasının gündəmindən düşmür. Məlumatlara görə, qadın ərindən boşanmaq üçün sərvətinin yarısını- 7,5 milyard dollar istəyir. Əgər Natali istədiyi pulu alarsa, onların ayrılması dünyanın ən bahalı boşanması olaraq tarixə düşəcək. Rus yatırım qrupu “İnterros”un sahibi olan Vladimir Potanin enerji, ticarət, media kimi bir çox sahədə çalışır. “Forbs” jurnalına görə, Putinin yaxın dostu olan Potanin 15 milyard dollarlıq sərvəti ilə dünyanın zəngin 60 iş adamından biridir. “Bild” qəzetinin xəbərinə görə, arvadı Potaninin sərvətinin açıqladığından daha çoxdur. İş adamı Nataliyə boşanmaq üçün ayda 250 min dollar, Moskva, Nyu-York və Londonda olan evlərinin bir neçəsini təklif edib. Lakin qadın bunlarla razılaşmayıb. O, ərinin sərvətinin yarısını istəyir. 30 illik evlilikdən sonra bu qərarın ədalətli olduğunu deyən Natali hisslərini bu sözlərlə ifadə edib: “30 il sonra ayrılmaq məni çox incitdi. Onu çox sevmişdim. Bu ayrılıq mənim üçün böyük faciədir”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR