Hacı İbrahim Nehrəmlinin qohumu özünü niyə öldürüb?

230816Məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin yaxın qohumu Məzahir Cəfərovun ölümü araşdırılır. Anspress-in məlumatına görə, araşdırmalar zamanı dünən paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılan Məzahir Cəfərovun intihar etdiyi məlum olub.
Rayon Prokurorluğunda 1964-cü il təvəllüdlü Məzahir Cəfərovun özünü asması faktı ilə üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb,istintaq aparılır.
Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.
Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.
Özünü asan Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı,Hacı İbrahim Nehrəmlinin yaxın qohumudur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR