İcra başçısının evi yandı

89016Bu gün Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin evi yanıb.

“Qafqaznews”un musavat.com-a istinadən məlumatına görə, yanğın icra başçısınnın Ağsu rayonunun Pirhəsənli kəndində olan evində baş verib.

Yanğına elektrik xəttində olan qısaqapanmanı səbəb olduğu ehtimal edilir. Hadisə yerinə gələn yanğınsöndürənlərin icra başçısı tərəfindən həyətə buraxılmadığı deyilir. Yanğını icra başçısının yaxın qohumları söndürüblər.

Nəticədə ikimərtəbəli evin bir hissəsi, çardaq isə bütünlüklə yanıb. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR