Taekvondoçumuza qızıl medalı İlham Əliyev təqdim etdi – VİDEO

248144Azərbaycan prezidenti mükafatlandırma mərasimində iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 80 kiloqram çəki dərəcəsində sərbəst taekvando yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Oxu.Az-ın məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı taekvandoçu Milad Beygi Xarçeqani qazanıb.

Fəxri kürsüyə qalxan Harçeqaniyə qızıl medalı prezident İlham Əliyev təqdim edib.

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR