Xanim idmançımız 4-cü dəfə mütləq Avropa çempionu oldu

img18338158 iyun 2015-ci il tarixində Latviyanın paytaxtı Riqa şəhərində pauerliftinqin WPC versiyası üzrə növbəti Avropa çempionatı start götürüb.
Çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib.
O, 11 iyun tarixində növbəti uğurlu çıxışı ilə 4-cü dəfə mütləq Avropa çempionu olub.
Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb. 11350343_1594838354137099_880467835_n

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR