DİN öz əməkdaşlarını biznesə həvəsləndirir..? (FOTO)

aslanKeçmiş SSRİ-də kölgə iqtisadiyyatı, mal qıtlığı şəraitində bəzi təsərrüfat nümayəndələri qeyri-leqal istehsal yaratmışdılar. Bu şəbəkəyə alverçilər, hətta milislər də qoşulmuşdu. Yəni “krışalı” biznes yaranmışdı. Müstəqil mətbuatın yazdığına görə, Azərbaycanda belə bizneslə icra məmurları və polis məşğul olur. Düzdür, məmurlar və polislər özləri bunu inkar edirlər.
6 iyulda qafqaznews.org saytında “Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədov: “Günahkarlar cəzalandırılacaq”başlıqlı məqalə dərc olunub.
Məqalə Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qu1436247104_vvvvrtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısına müraciətindən bəhs edirdi.
Sakinlər öz müraciətlərində qeyd edirlər ki, binanın üç nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər. Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan 1436168646_vvməhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar. Həmin şəxslərin kimliyi ilə bağlı da sakinlər məlumat verib. Sakinlərin dediyinə görə 90-CP-059 dövlət qeydiyyatı olan Toyota Camry avtomobilin sahibi Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olub. Digər 90-RE- 987 Toyota Prado avtomobilin sahibinin Samir adlı həkim olduğunu bildirdilər. 90- UN -074 dövlət nömrəli Mercedes ML 350 markalı avtomobilin sahibi isə ticarətlə məşğul olur.

Biz həmin əraziyə məsul olan 115 saylı Mənzil İstismar İdarəsi ( Mİİ ) ilə əlaqə saxladıq. Mİİ-nin işçisi Vaqif Quliyev bizə bildirdi ki, Aşıq Alı küçəsi 7/19-da binanın həyətinin zəbt olunması qanunsuzluqdur.
Məqalə dərc olunadan sonra heç bir tədbir görülmədiyi üçün biz mövzunu davam etdirmək qərarına gəldik.
İlk öncə yuxarıda qeyd olunan qanunsuzluğun polisə məlum olub-olmadığı ilə maraqlandıq.
Əraziyə məsul olan 18 saylı polis bölməsinin əməkdaşı İlham Əsədov qafqaznews.org-a bildirdi ki, qeyd etdiyiniz faktın polis orqanlarına dəxli yoxdur, icra hakimiyyətinə müraciət edin.404996_10150499899749393_1998514982_n-300x199-300x199
Müxbirimizin “ Binanın həyəti bələdiyyə mülkiyyətinə aiddir” fikrinə polis növbətçisinin cavabı belə oldu: “ Qoy onda məsələ ilə bələdiyyə məşğul olsun”.
Müxbirimizin “ Söhbət konkret cinayətdən, bələdiyyə mülkiyyətinin mənimsənilməsindən gedir” xatırlatmasına növbətçi polis belə cavab verdi: “ Bu bir tərəfdən yaxşıdır”.
Müxbirimiz təəccüblə “Niyə?” soruşanda İlham Əsədovun cavabı belə oldu: “ Bizim rəhbərlik polislərə həmişə məsləhət bilir ki, şəxsi dayanacaqlar açılsın. Çünki belə dayanacaqlar çox olsa maşın oğurluğu az olar”.
Azərbaycan qanunlaraına görə, məmurların, o cümlədən polisin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Avtodayananovella_ceferoglu_3110141-300x2251caq açmaq isə sahibkarlıq fəaliyyətinin bir formasıdır.
Polisin dediklərinə vəkil Aslan İsmayılovun münasibəti belə oldu: “ Əgər İlham Əsədovun dedikləri həqiqətdirsə, onda deməhqdefault1-300x2571li Daxili İşlər Nazirliyi polis əməkdaşlarını qanunla qadağan olunmuş fəaliyyətə həvəsləndirir.
İşgəncələr əleyhinə komitənin sədri Elçin Behbudov isə qafqaznews.org-a bildirib ki, məmurların və polislərin çoxu qanunları nəzərə almır və əksəriyyəti bizneslə məşğul olur.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qafqaznews.org-a bildirdi ki, Azərbaycandakı biznes obyektlərinin çoxu məmurlara və polislərə məxsusdur”.
Biz dəfələrlə DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun fikirlərini öyrənməyə çalışsaq da bu mümkün olmadı.

“Qafqaznews”

Foto0029
Foto0034-1
1436247104_vvvv 1436592944_01 Foto0041 Foto0044

1436168646_vv

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR