Dini məhsullara nəzarət markası vurmaq özünü doğruldub

dini-qrumlar-azermus11 iyulda Azərbaycan Nazirlər Kabineti “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nda dəyişikliklər edib.
Qərara əsasən, ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Nazirlər Kabinetinin müəyən etdiyi məbləğdə müvafiq olaraq Səhiyyə Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Müəllif Hüquqları Agentliyinə haqq ödəməlidir.
Qeyd edək ki, bu qərarın qəbulunadək ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə yalnız Müəllif Hüquqları Agentliyinə haqq ödəyirdi.
“Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”na əsasən, Azərbaycan ərazisində hazırlanan (istehsal edilən) və ölkə ərazisinə idxal edilən dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları, nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi verir.
Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılır. (publika.az)
Nəzarət markası “piratçılıq”la mübarizə üçündür. Markası olmayan məhsullar qanunsuz hesab edilərək müsadirə olunur.
Məsələ ilə bağlı iqtisadçı Azər Mehdiyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, nəzarət markası bazara saxta məhsulların daxil olmasını əngəlləyir: “ Nəzarət markası həm də bazara keyfiyyətsiz və oğurluq məhsulların daxil olmasının qarşısını alır. Dövlət nəzarət markası vurmaqla bəyan edir ki, dünya standartlarına görə cavab verirəm”.
Müxbirimizin “ Dini məhsullara nəzarət markası vurmaq hansı zərurətdən irəli gəlir?” sualına iqtisadçı belə cavab verib: “ Bəzi dövlətlər ölkəmizdə dini məqsədlər üçün radikal ədəbiyyat, audio, video materaillar yayırlar. Məqsəd bunun qarşısını almaqdır”.
Biz dini materaillarla bağlı hansı qurumun nəzarət markası yapışdırdığını müəyyən etmək qərarına gəldik.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin sualımıza cavab olaraq bildirdi ki, bu məsələ ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi məşğul olur.

Rəşad Rüstəmov

“Qafqaznews”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR