Kiyevdə bank binasına qumbaraatandan atəş açılıb

img1859568Ukrayna paytaxtı Kiyevin mərkəzində bu gecə naməlum şəxs qumbaraatandan bank binasına atəş açıb.
“Report”un “Lenta.Ru” saytına istinadən verdiyi xəbərə görə, “Ukrinbank”ın filialının dördüncü mərtəbəsinə atəş açan şəxs hadisə yerindən qaçmağa müvəffəq olub. Xəsarət alan olmayıb.
Xatırladaq ki, bu ilin aprel ayında “Ukrinbank”-ın Kiyevdəki digər filialında partlayıcı qurğu aşkarlanmışdı

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR