Nərimanov bələdiyyəsi öz ərazisinin zəbt olunmasını bilmir..?(FOTOLAR)

2728f1354790269-7736 iyulda qafqaznews.org saytında “Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədov: “Günahkarlar cəzalandırılacaq” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinləri yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından kömək istəyirdi. Sakinlər öz müraciətlərində qeyd edirdilər ki, binanın üç nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər. Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar.750595350a353f74d0e11

Həmin şəxslərin kimliyi ilə bağlı da sakinlər məlumat verib. Sakinlərin dediyinə görə 90-CP-059 dövlət qeydiyyatı olan Toyota Camry avtomobilin sahibi Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olub. Digər 90-RE- 987 Toyota Prado avtomobilin sahibinin Samir adlı həkim olduğunu bildirdilər.  90- UN -074 dövlət nömrəli Mercedes ML 350 markalı avtomobilin sahibi isə ticarətlə məşğul olur. Müraciətin sonunda sakinlər qafqaznews.org vasitəsilə NərimanovRİH-nin başçısına və Nərimanov Rayon Polis İdarəsinin rəisinə müraciət edərək kömək istəyirdilər.Qafqaznews.org saytı olaraq məsələ ilə bağlı müraciət olunan dövlət qurumlarının hansı tədbirlər gördüyü ilə maraqlandıq. Biz baş verənlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədova məlumat verdik. Rəis bildirdi ki, biz mütləq məlumatı yoxlayacağıq və günahkarlar cəzalandırılacaq. 10 iyulda isə qafqaznews.az saytı “Yerə “mıx basıran” həkim Samir Məmmədovun müalicəyə ehtiyacı var?” başlıqlı məqalə dərc edib.
21221-300x200Məqalədə binanın həyətini zəbt edən şəxslərdən birinin adı və soyadı dəqiqləşdirilib. Bu şəxs Azərbaycan Tibb Universitetinin müəllimi Samir Məmmədovdur. Biz Samir Məmmədovla əlaqə saxladıq.  O, məqalədə yazılanları inkar elədi. Ancaq onun qonşusu Şahminəz xanım qafqaznews.org-a bildirdi ki: “ Samir Məmmədov özü mənə dedi ki, həyəti zəbt edən digər şəxslər həmin yeri boşaltsa, mən də boşaldaram”. Onu da qeyd edək ki, mülkiyyəti zəbt olunan Nərimanov bələdiyyəsi məsələyə heç bir reaksiya vermədi.  Məsələ ilə bağlı Nərimanov bələdiyyəsinin sosial şöbəsinin müdiri Fəxrəddin Əliyev qafqaznews.org-a bildirdi ki, Aşıq Alı 7/19-da binanın həyətinin zəbt olunması bizə məlum deyil: “Sabah inspektorlara tapşırarıq əraziyə baxış keçirsinlər. Amma biz belə məsələlərlə məşğul olmuruq”. Müxbirimizin “Necə məşğul olmursunuz? Bu sizin mülkiyyətinizdir” sualına şöbə müdiri belə cavab verdi: “ Elə binalar var ki, onlar başqa qurumların balansındadır. Ancaq sabah həmin əraziyə baxış keçirəcəyik”. Xatırlatmaq üçün qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov qafqaznews.org-a bildirmişdi ki, mütləq məlumatı yoxlayacağıq və günahkarlar cəzalandırılacaq. Ancaq bu günədək heç bir tədbir görülməyib.

«Qafqaznews»
1436592944_01 1436247104_vvvv
Foto0034-1 Foto0029 1436168646_vv

Foto0041

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR