Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədov: “Günahkarlar cəzalandırılacaq”(FOTO)

nerimanBu günlərdə qafqaznews.az saytında “Nərimanov rayon sakinləri icra başçısından kömək istəyir” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalədə Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinləri yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından kömək istəyirdi.
Sakinlər öz müraciətlərində qeyd edirlər ki, binanın üç nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər. Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhə750595350a353f74d0e11llənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar. Həmin şəxslərin kimliyi ilə bağlı da sakinlər məlumat verib. Sakinlərin dediyinə görə 90-CP-059 dövlət qeydiyyatı olan Toyota Camry avtomobilin sahibi Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olub. Digər 90-RE- 987 Toyota Prado avtomobilin sahibinin Samir adlı həkim olduğunu bildirdilər. 90- UN -074 dövlət nömrəli Mercedes ML 350 markalı avtomobilin sahibi isə ticarətlə məşğul olur.
Müraciətin sonunda sakinlər qafqaznews.az vasitəsilə Nərimanov RİH-nin başçısına və Nərimanov Rayon Polis İdarəsinin rəisinə müraciət edərək kömək istəyiblər.
Qafqaznews.org saytı olaraq məsələ ilə bağlı müraciət olunan dövlət qurumlarının hansı tədbirlər gördüyü ilə maraqlandıq.
Nərimanov icra hakimiyyətinin ərazi idarəetmə üzrə şöbəsinin məsləhətçisi Səkinə ( soyadını demədi) qafqaznews.org –a bildirdi ki, biz daxil olan bütün şikayətləri yoxlayırıq: “ Siz birazdan mənə zəng edin, mən dəqiqləşdirim görüm Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin şikayətini kim araşdırır”.
Ancaq sonradan Səkinə ilə əlaqə saxlamaq mümkün olmadı.
Onda biz Nərimanov bələdiyyəsinə zəng etdik. Bələdiyyənin əməkdaşı Qafqaznews.org-a bildirdi ki, nə bələdiyyə sədri, nə də müavini işdə deyil: “ Onlar işə gələn kimi deyəcəm sizinlə əlaqə saxlasınlar”.
Təəssüf ki, bələdiyyədən də bizə zəng olmadı.novella_ceferoglu_311014-300x225
Biz həmin əraziyə məsul olan 115 saylı Mənzil İstismar İdarsəi ( Mİİ ) ilə əlaqə saxladıq. Mİİ-nin işçisi Vaqif Quliyev bizə bildirdi ki, Aşıq Alı küçəsi 7/19-da binanın həyətinin zəbt olunması qanunsuzluqdur.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirdi ki, bələdiyyə mütləq bu məsələyə qarışmalıdır: “ Təəssüf ki, belə hallarda bələdiyyə susur və icra hakimiyyətinin əmrini gözləyir. Bələdiyyə ərazisini zəbt etmək cinayətdir”.
Novella Cəfəroğlu sakinlərə öz köməyini də təklif etdi: “ Qoy bizə müraciət etsinlər. Biz həmin cinayətkarların məsuliyyətə cəlb olunmasına nail olarıq”.
5K5DGDRVəkil Adil İsmayılov isə Qafqaz Xəbər Agentliyinə(qafqaznews.org) bildirib ki, sover dövründə mülkiyyətin zəbt olunması üçün müxtəlif cəzalar nəzərdə tutulmuşdu: “ Bu gün isə müxtəlif mülkiyyət formalarının zəbti üçün eyni cəza var. Torpağın zəbti cinayətdir və bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub”.
Biz baş verənlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədova məlumat verdik. Rəis bildirdi ki, biz mütləq məlumatı yoxlayacağıq və günahkarlar cəzalandırılacaq.

R.Həsənoğlu

“Qafqaznews” 

Foto0041 1436592944_01 1436247104_vvvv
Foto0034-1 Foto0029

Foto0044

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR