Novxanıda dənizə gələnlərə şok qadağa

40095Bakının Novxanı kəndində yerləşən istirahət mərkəzlərində hər kəsi təəcübləndirən addım atılıb

Azxeber.com xəbər verir ki, Novxanıda yerləşən “Amore” və “Kalyon” kimi məşhur istirahət mərkəzlərində şortik qadağası qoyulub.
Belə ki, istirahət mərkəzlərinə şortiklə gələn qonaqlar içəri buraxılmırlar. Bu haqda portalımıza oxucumuz Elnur Məmmədov məlumat verib.
Onun dediyinə görə, dəniz kənarında belə bir qadağa çox gülüncdür: “Mən həftəsonu xarici turistlərlə qutab yemək və onlara milli mətbəximizi tanıtmaq məqsədi ilə Novxanıya getdim. Ancaq “Amore” və “Kalyon” restoranları turistləri içəri buraxmadı, buna səbəb kimi də qonaqların şortik geyinməsi göstərildi. Bu addım turistləri şoka saldı, onlar dedilər ki, bu cür halla həyatlarında ilk dəfədir ki, qarşılaşırlar. Mən də qonaqlara veriləcək tutarlı cavab tapmadım, çox utandım”.
Şikayətçi həmçinin onu da vurğulayıb ki, problemlə bağlı müvafiq orqanlara müraciət edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR