Bölmələr


“Qəbələ” tarix yazdı

95211III mərhələyə yüksəlməklə növbəti dəfə tarix yazıldı

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
ANS PRESS-in məlumatına görə, ölkəmizi turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxıb. “Qırmızı-qaralar” Bakıda Serbiyanın “Çukariçki” klubunu qəbul edib. Gərgin keçən matçda Qəbələ təmsilçisi 2:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

İlk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olan qəbələlilər bu dəfə rəqib qapısına yol tapa biliblər – 39-cu dəqiqədə Sergey Zenyov fərqlənib.

53-cü dəqiqədə S.Zenyov hesab arasındakı fərqi artırıb – 2:0. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən “Qəbələ” III mərhələyə yüksəlməklə növbəti dəfə tarix yazıb.

Təmsilçimizin növbəti mərhələdəki rəqibi “Trakai” (Litva) – “Apollon” (Kipr) cütünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun kiprlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ” klubu

Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

23 iyul
21.00 Qəbələ (Azərbaycan) – Çukariçki (Serbiya) 2:0

Qollar: Sergey Zenyov, 39. Sergey Zenyov, 53.

Qəbələ:
22. Dmitri Bezotosnı
34. Ürfan Abbasov
3. Stankoviç
44. Rafael Santos
20. Rikardinyo
6. Rəşad Sadiqov
66. Samir Zərgərov
9. Sergey Zenyov
19. Aleksey Qay
14. Cavid Hüseynov
69. Aleksey Antonov

Ehtiyat oyunçular:

1. Andrey Popoviç
4. Elvin Camalov
8. Məhəmməd Mirzəbəyov
21. Arif Daşdəmirov
11. Asif Məmmədov
13. Murad Musayev
10. Dodo

Baş məşqçi: Roman Qriqorçuk.

Çukariçki:

12. Nemanya Stevanoviç
22. Filip Stoykoviç
23. Boyan Ostoyiç
4. Lukas Pyasentin
31. Rayko Brejançiç
6. Draqolyub Srniç
8. Branislav Yankoviç
24. Petar Boyiç
9. Stoylkoviç
14. Slavolyub Srniç
11. Andriya Pavloviç

Ehtiyat oyunçular:

1. Nikola Petriç
5. Marko Ranceloviç
20. Reqan Obeng
10. Matiç
7. Stanişa Mandiç
19. Saşa Yovanoviç
30. Nenad Mirosavlyeviç.

Baş məşqçi: Vladan Miloyeviç.

Hakimlər: Radek Prixoda, İvo Nadvornik, Yakub Qrabovski, Pavel Orel (Çexiya).

UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə).

UEFA nümayəndəsi: Per Svard (İsveç)

Bakı. “Bakcell Arena”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR