Tanınmış agentlik rəhbəri Heydər Babayev barədə Prezidentə və Birnci xanıma müraciət etdi

5 Hələki  adının çəkilməsini istəməyən agentlik rəhbəri  qafqaznews.az  saytı vasitəsilə ölkə başçısı İlham Əliyev cənablarına  və Birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Müraciətin müəllifi  qeyd edir ki, 2 il öncə Heydər Babayevin qardaşı Elçin Babayev və onun qətlə yetiriliən Tərlan Əhmədov barəsində  hazırladığım araşdırma yazıları cəmiyyətdə  maraqla qarşılandı  və müxtəlif   saytlar  həmin məqalələri  dərc etdilər: “ Buna görə də keçmiş nazir məni cəzalandırmaq qərarına gəlib, hər yolla məndən qisas almaq istəyir.

Beləki, sabiq  nazirə məxsus “Bank Standart” a olan ipoteka kreditimə  görə  Heydər Babayev ailə üzvlərimlə  birgə  yaşadığım mənzili ələ keçirmək istəyir. Hətta bu  məqsədlə  Heydər  Babayev  tərəfindən “Bank Standart” ın yeni təyin olunan rəhbərinə  xüsusi  göstəriş  verilib”.

Müraciətin müəllifi sonda qeyd edir ki, bu problem ölkə başçısı tərəfindən nəzarətə  götürüləndən sonra özü ilə bağlı açıqlama verəcək.

“Qafqaznews” 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR