Ucar sakini Kərəm Həsənovdan kömək istəyir

34Qafqaz Xəbər Agentliyinin redaksiyasına Ucar rayon Oğuz küçəsi ,ev 19 sakini Hüseynova Susanə Yusif qızı tərəfindən müraciət daxil olub. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov işinin öhdəsindən gələ bilmir. Ona görə də çoxlu sayda vətəndaşları süründürməçiliyə məruz qoyur. Torpağa, mənzilə , obyektə reyestr çıxarışı almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə vətəndaşlar tərəfindən verilən sənədlər uzun müddətdir ki, saxlanılsa da heç bir əsas olmadan çıxarışın verilməsi yubadılır. Hər gün idarəyə gedirik, “Gedin sabah gələrsiniz” deyə- deyə camaatı get-gələ salıb incidirlər. Yalandan da deyirlər ki, sənədlər Bakıya baş idarəyə göndərilib, oradan yubadırlar, bu işə artıq Kərəm Həsənov şəxsən özü baxır. Uzun müddətdir təqdim etdiyimiz torpaq sənədlərimizin tam qaydasında olmasına baxmayaraq reyestr çıxarışı ala bilmirik. Nə çıxarış verilir, nə də ki, sənədlərimiz geri qaytarlır. Hər gün idarəyə gedib-gəlməkdən əziyyət çəkirik. Qeyd edim ki, Ədalət Cabbarov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə rəis vəzifəsinə təyin olunandan bu idarə ilə əlaqəli işləyən 4 rayonun sakinləri zəlil olublar. Ədalət Cabbarov qohumlarını başına toplayıb korrupsiya şəbəkəsi yaratmışdır. 1437712187_01Yerlibazlıq xəstəsi olan Ə.Cabbarovun ştatdankənar işçiləri də var ki, onlar idarədən kənarda xüsusi təyin edilmiş yerlərdə sənədləşmə aparılan şəxslərdən rüşvət yığırlar. Həmin ştatdan kənar adamlar əsasən Göyçay rayon ərazisində olurlar. Ə.Cabbarov göyçaylı olduğu üçün rəis vəzifəsinə gəldikdən sonra Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin işçilərinin çoxunu Göyçay rayon sakini olan yaxın qohumları ilə əvəz etmişdir. Bir sözlə, belə korrupsiyaya qurşanmış məmurun fəaliyyətinin obyektiv araşdırılıb barəsində tədbir görülməsinə zərurət var. Mən mətbuat vasitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovdan xahiş edirəm vətəndaşları süründürməçiliyə salmış, korrupsiya şəbəkəsi yaratmış Ədalət Cabbarovun barəsində qanunu tədbir görün, təqdim etdiyimiz sənədlərə dair reyestr çıxarışı verilməsinə köməklik göstərin”.

“Qafqaznews” 

20150724_090748 (1)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR