20 milyardı var, 7 dollarlıq kofta geyinir – Xəsis varlılar

51662_8pm69vr15yMilyarder iş adamları, dünyanın ən çox qazanan ulduzları pullarını nəyə xərcləyir? Onlar arasında özəl adası, təyyarəsi olan da, 7 dollarlıq libasla gəzən də var.

Axşam.az xarici KİV-ə istinadən milyarderlərin pullarını nəyə xərclədiyini təqdim edir:

Nə təyyarəsi var, nə yaxtası

Karlos Slim Helu dünyanın ən varlı adamıdır. 75 milyart dollar sərvəti var. Onun nə adası, nə təyyarəsi, nə maşınları var. 5 yataq otağı olan 2 mərtəbəli evdə yaşayır, 10 ildir eyni maşını sürür.

51655_45eh7kncp7

60 ildir bu evdə yaşayır

Uarren Buffet 70 milyart sərvətə sahibdir. “Forbes”in 2008-ci ildəki siyahısında “Dünyanın ən varlı adamı” seçilib. Pulun onun üçün heç bir əhəmiyyəti yoxdur. Hələ də 1958-ci ildə 31 min dollara aldığı ikimərtəbəli evdə yaşayır. Mənzilin hazırki qiyməti 200 min dollardır.

51656_n07osasd4o

30 minlik maşın sürür

“Facebook”un yaradıcısı Mark Zukerberg dünyanın ən özəl insanları siyahısındadır. Sərvəti 20 milyart dollardan çoxdur. Amma 30 minlik maşın sürür. Əyninə isə 7 dollarlıq kofta geyinir. Ayağındakı ayaqqabının qiyməti isə 30 dollardır.

51657_cvj8e1naa0

Alış-veriş etməmək üçün üstündə pul saxlamır

87 yaşındakı T. Boone Pikensizn 3 milyard dollar sərvəti var. Tələbə olduğu dövrlərdən indiyənə kimi üstündə artıq pul gəzdirmir. Evdən çıxmazdan əvvəl xərcləyəcəyi pulu hesablayır və o miqdarı cibinə qoyur. Kredit kartı da istifadə etmir. Yanında pul xərcləyəcək köməkçisi də yoxdur.

51658_2s7qkz8dxz

Endirim arxasınca qaçan 3 ulduz

Hillari Suanks, Ledi Qaqa, Kristen Bell il ərzində 1 milyondan çox pul qazanır. Hər üçü də endirim axtarışındadır. Hillari bu xüsusiyyəti ilə fəxr etdiyini bildirib. Uşaqlığı kasıblıq içində keçən Suanks mağazalardakı endirimləri izlədiyini vurğulayıb. Ən çox qazanan müğənni Ledi Qaqa dəfələrlə bazarda və endirimdə olan mağazalarda görüntülənib.

51659_wlentu2dbb

Menyudakı ən ucuz ikinci şərab

Çuk Feeney “Duty Free”nin yaradıcısıdır. Dünyanın ən çox xeyriyyə işi ilə məşğul olan insanıdır. Uşaq və sağlamlıq mərkəzlərinə, dərnəklərə 4 milyartdan çox yardım edib. Nə geyiminə, nə də yeyib-içməyə pul xərcləyir. Restoranda menyudakı ən ucuz şərabı sifariş edir.

51660_0jbzw36co5

Markasının ən ucuz məhsullarını istifadə edir

İKEA-nın yaradıcısı İngvar Kamprad 4 milyard dollar sərvətə sahibdir. Evi İKEA-nın ən ucuz əşyaları ilə dekorasiya edilib. Restorana gedərkən şam yeməyinə 50 dollardan artıq pul ödəmir. Mağazaların endirimlərindən istifadə edir.

51661_b675dnarir

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR