Aşıq Alı küçəsinin sakinləri Hacıbala Abutalıbova və Mirqafar Seyidova müraciət etdilər -FOTOLAR

nerimanovBir müddət əvvəl Nərimanov rayonu Aşıq Alı küçəsi, 7/19 binanın sakinləri  Qafqaznews.az vasitəsilə yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından və Nərimanov RPİ-dən kömək istəyirdi. Sakinlər öz müraciətlərində qeyd edirdilər ki, binanın 3 nəfər sakiniməhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazidə özləri üçün “avtopark”yaradıblar. Bəzi qurumların, əsasən Nərimanov bələdiyyəsinin və bələdiyyənin şöbə müdiri Fəxrəddin Əliyevin müdaxiləsindən sonra hər 3 şəxs həyətə basdırdıqları mıxlarıçıxardıblar. Ancaq üstündən bir müddət keçəndən sonra həmin şəxslərdən birinin – mənzil 109-un sakini, 90- CP -059 Toyota Camry markalı avtomobilin sahibi Babayeva Saiqənin – oğlu yenidən yerə dəmir mıxlar basdıraraq özü üçün qanunsuz avtodayanacaq yaradıb. Bununla bağlı sakinlər Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyeva, Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədova və Nərimanov Bələdiyyə sədri Təmraz Tağıyevə müraciət ünvanlayıblar.Foto0041

Və məsələni araşdırmaq 18- ci Polis Bölməsinin sahə inspektoru Elxan  Əliyeva həvalə olunub. Ancaq sahə inspektoru Babayeva Saiqənin oğlu tərəfindən yerə basdırılan dəmir mıxlarla bağlı heç bir tədbir görmək istəmir. Daha doğrusu, sahə inspektoru Elxan Əliyev binanın sakinləri Məmmədov Samir Böyükağa oğlu, Babayeva Saiqə Əbülfəz qızı və Nəsibov Elçin Əşrəf oğlu ilə görüşərək hansısa maraq naminə onlar tərəfindən yerə basdırılan dəmir mıxlara göz yumub heç bir tədbir görməyib. Görünür sahə inspektoru Elxan Əliyev Nərimanov RPİ-nin rəisi, polis polkovniki İsmayıl Əsədovun əmrini yerinə yetirməkdən boyun qaçırır. Çünki İsmayıl Əsədov muxbirimizlə söhbət zamanı bildirmişdir ki, Aşıq Alı küçəsi bina 7/19 sakinlərinin şikayətlərinə baxılacaq və qanuni tədbir görüləcək. Ancaq İsmayıl Əsədov yerə mıx basdıranları müdafiə edir. Bütün bunlardan sonra binanın sakinləri kömək üçün çarəsiz qalaraq Bakı ŞİH-nin başçısı Hacıbala Abutalıbova və Bakı Şəhər BPİ-nin rəisi, general-mayor Mirqafar Seyidova müraciət ediblər. Əgər bu dəfə də tədbir görülməsə, sakinlər ölkə başçısı İlham Əliyev cənablarına və daxili işlər naziri cənab Ramil Usubova müraciət etməyə məcbur olacaqlar.

Qafqaznews.az

Foto0041 1436247104_vvvv
Foto0034-1 Foto0029 Foto0029 1436168646_vv

Foto0044

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR