Bakı Sağlamlıq Mərkəzinin həkimi Vahidin üzündəki zəhrimar

00f74e005b20Qafqaz Xəbər Agentliyinin redaksiyasına Bakı Sağlamlıq Mərkəzinin  ( BSM ) reanimasiya şöbəsinin  Vahid adlı növbətçi həkimi barədə məktub daxil olub.

Məktubu  BSM-nin  nevroloğiya şöbəsində yatan xəstələr  redaksiyamıza  ünvanlayıb. Məktubda qeyd olunur ki, reanimasiya   şöbəsinin Vahid adlı həkimi xəstələrin yanına gələn insanların üstünə qışqırır, kobud hərəkətlər edir, təhqiredici ifadələr işlədir. Bir filmdə deyilən  kimi, “bolşe zəhrimar”…

Bir sözlə, gələnlər üçün elə  atmosfer  yaradır ki, onlar məcbur olub ciblərindəki  sonuncu manatı da ona versinlər. İstədiyinə nail olandan sonra Vahid həkimin üzündən “nur”  tökülür…

Ancaq həkimin üzü  gülməyə başlayanda, xəstənin yanına  gələnlər özünə çətin gəlir…çünki  indi onsuz da insanlar  problemlərlə  kifayət qədər  yükləniblər   Bir yandan da  Vahid  həkimin üzündən tökülən zəhrimar  adamları  müşkülə salır.

Vahid həkimlə  bağlı  araşdırmamız davam edir.

“Qafqaznews” 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR