Cavid Hüseynovun bibisi oğlu və daha bir neçə nəfər saxlanıldı – Jurnalistin ölümünə görə

879db6ed00ff125a0580c4aea24d81cb“Qəbələ”nin futbolçusu Cavid Hüseynovu “facebook” sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı saxlanılanlar var.

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

Musavat.com-un əldə etdiyi məlumata görə, “Qəbələ”nin sabiq kapitanının həbs edilən bibisioğlunun ad-soyadı Elşən ismayılovdur. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb.

E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR