Dilənçi uşaqların valideynləri ancaq cərimə olunurlar-FOTO

b8459b1dAvqustun 14-də azyaşlıları istismar məqsədi və aldatma yolu ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən şəxs Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən saxlanılıb. Bunu mətbuat konfransında DSX İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov deyib. A.İbrahi3mov bildirib ki, Azərbaycan Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyev Zahid Qədir oğlu “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük maşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinləri – 2004-cü il təvəllüdlü Məmmədov Ziyadxan Saleh oğlu, 2003-cü il təvəllüdlü Məmmədov Asif Rəcəb oğlu və 2003-cü il təvəllüdlü Əliyev Yaqub Elşən oğlunu Türkiyə Respublikasına aparmaq barədə sonuncularla razılıq əldə edib, razılaşmaya əsasən onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik göstərib. Z.Hacıyev azyaşlıların gələcəkdə istismar məqsədilə, aldatma yolu ilə Türkiyəyə aparıb insan alverinə cəlb etməyi planlaşdırıb, onların qabaqcadan istifadəsində olan mobil nömrəsini verərək qanunsuz yolla keçdikdən sonra Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib. DSX əməkdaşlarının sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlılar saxlanılıb. Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. (APA )da7afea7fd8fce0a06e3c8fd6b353688 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, ölkəmizdə 700 dilənçi uşaq var. Uşaq hüquqları üzrə QHT Alyansının rəhbəri Habil Seyidovun fikrincə, bu ancaq statistikadır: “ Əslində qeyri-rəsmi rəqəm daha çoxdur. Bəzi QHT-lərin məlumatına görə, təkcə Bakıda 500-dən artıq dilənçi uşaq var”. (minval.az).Yusif Bekirov_200508 Azyaşlı dilənçilərin 99 faizi yetim deyil. Əksəriyyətinin heç olmasa bir valideyni var. Məhz valideynləri uşaqları küçədə dilənməyə məcbur edirlər. (1news.az). Uşaqların Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov bildirdi ki, uşaqları dilənməyə məcbur edən böyüklər valideyn hüququndan məhrum edilməlidir: “Mənim rəhbərlik etdiyim liqa cəmiyyəti dilənçiliklə bağlı məlumatlandırır. Dövlət isə bu problemə gözünü yumur. Çünki valideyn hüququndan məhrum olan kimi uşaqlar dövlətin öhdəsinə düşür”. (echo.az). cms-image-000007996-300x218QHT rəhbəri Mehriban Zeynalova problemlə bağlı Qafqaz Xəbər Agentliyinə aşağıdakıları söylədi: “Uşaqları dilənçiliyə məcbur edən valideynlər inzibati qaydada cəzalandırılır. Onları sadəcə, cərimə edirlər.87220_src Məsələ ilə bağlı Milli Məclisin üzvü Fəzail Ağamalının fikirlərini öyrəndik: “ Mövcud qanunvericiliyə görə, Azərbaycanda uşaqlarını tərbiyə edə bilməyən, onlara qarşı zorakılıq edən şəxslər valideyn hüququndan mərhum edilirlər. Məncə, uşaqlarını dilənçiliyə məcbur edənlər də valideyn hüququndan mərhum edilməlidir.Buna görə, qanuna dəyişiklik edilməlidir”. Biz sərhəddə saxlanılan uşaqların valideynlərinin məsuliyyətə cəlb olunub-olunmaması məsələsinə aydınlıq gətirmək  üçün DİN-in mətbuat xidmətinin  şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə yaratmağa çalışsaq da cəhdimiz alınmadı. Onda Gəncə Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Çünki saxlanılan uşaqlar Gəncə sakinləridir. Baş İdarənin növbətçisi Qasımov bizə bildirdi ki, sərhəddə saxlanılan uşaqlarla bağlı ona heç nə məlum deyil.

Rəşad Rüstəmov

“Qafqaznews”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR