Əhliman Əmiraslanov Nərimanov sakinlərinin müraciətinə laqeyd qalmadı -FOTO,VİDEO

55561Bir müddət əvvəl Nərimanov rayonu Aşıq Alı küçəsi, 7/19 binanın sakinləri Qafqaz Xəbər Agentliyi vasitəsilə yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından və Nərimanov RPİ-dən kömək istəyirdi. Sakinlər öz müraciətlərində qeyd edirdilər ki, binanın 3 nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər. Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark”yaradıblar. Dəfələrlə bu problemi araşdırarkən icra hakimiyyəti və polis orqanı ilə əlaqə saxlasaq da konkret nəticə olmadı. Sonuncu dəfə əlacsız qalan sakinlər binanın həyətini zəbt edənlərdən biri – Azərbaycan Tibb Universitetinin ( ATU ) müəllimi-həkim, 90-RE- 987 Toyota Prado markalı avtomobilin sahibi Samir Məmmədovla bağlı ATU-nun rektoru, millət vəkili, hörmətli Əhliman Əmiraslanova üz tutdular. Çox maraqlıdır ki, başqalarından fərqli olaraq millət vəkilinə müraciət qısa zamanda öz nəticəsini verdi.

750595350a353f74d0e11Foto0044Çünki sakinlərin müxbirimizə dediyinə görə onlar Əhliman Əmiraslanova müraciət etdikdən sonra yerə iri dəmir mıxları basdıranlardan biri, ATU-nun müəllimi Samir Məmmədov tələsik həyətdəki ona məxsus iri dəmir mıxları yerdən çıxardıb. Ancaq binanın sakinləri bununla kifayətlənməyərək Qafqaz Xəbər Agentliyinin redaksiyası ilə əlaqə saxlayaraq o biri iki nəfərin də binanın həyətindəki dəmir mıxları çıxarmasına yardımçı olmağı xahiş ediblər. Biz də öz növbəmizdə Nərimanov Bələdiyyəsinin şöbə müdiri Fəxrəddin Əliyevlə əlaqə saxlayaraq binanın sakinlərnin probleminin həllində onlara yardımçı olmağı ondan xahiş etdik. Bir neçə dəqiqədən sonra binanın sakinləri bizmlə əlaqə saxlayıb bildirdilər ki, Fəxrəddin Əliyev məhəllədədir: “ Ən birinci Fəxrəddin Əliyevin göstərişi ilə mənzil 109-un sakini, 90- CP -059 Toyota Camry markalı avtomobilin sahibi Babayeva Saiqə Əbülfəz qızının oğlu yerə basdırdıqları dəmir mıxları yerdən çıxardı. Sonra isə mənzil 111-in sakini, 90 -UN -074 nömrəli Mersedes ML 350 markalı avtomobilin sahibi Nəsibov Elçin Əşrəf oğlu da ona məxsus “avtodayanacağı” sökməyə məcbur oldu. Bütün bunlar sakinlər tərəfindən videoya çəkilərək redaksiyamıza göndərilib. Həmin videonun çəkilişini yazının sonunda izləyə bilərsiniz. Həə, əziz oxucular !! Qafqaz Xəbər Agentliyi olaraq vətəndaşların sosial problemlərinin həllində yardımçı olmaqdan məmnunluq duyuruq. Bu həm də bizim vəzifə borcumuzdur.

“Qafqaznews” 


1436592944_01 1436247104_vvvv
Foto0034-1 Foto0029 1436168646_vv

Foto0041

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR