Qafqaz Xəbər Agentliyinin növbəti qələbəsi -FOTO,VİDEO

boyuk10 iyulda Qafqaz Xəbər Agentliyində “Yerə “mıx basdıran” həkim Samir Məmmədovun müalicəyə ehtiyacı var” başlqılı məqalə dərc olunmuşdu. Məqalə Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin yaşadıqları binanın həyətində baş verən özbaşınalıqlarlabağlı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısına müraciətindən bəhs edirdi. Sakinlər öz müraciətlərində qeyd edirdilər ki, binanın sakini olan Tibb Universitetinin müəllimi, həkim Samir Məmmədov və daha 2 sakin məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər.  Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar.750595350a353f74d0e11 Binanın sakinləri soruşurdu ki, görəsən Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanovun öz əməkdaşının əməllərindən xəbəri varmı..? 13 iyulda isə problemlə bağlı Qafqaz Xəbər Agentliyi “Nərimanov bələdiyyəsi öz ərazisinin zəbt olunmasını bilmir?”başlıqlı məqalə dərc elədi. Həmin məqalədə qeyd olunurdu ki, müxbirimiz məsələyə aydınlıq gətirmək üçün Nərimanov bələdiyyəsinin şöbə müdiri Fəxrəddin Əliyevlə əlaqə saxlayıb.
ehlimanƏliyev qafqaznews.org-a bildirib ki, məsələ ilə bağlı ona heç nə məlum deyil: “Mən sabah həmin əraziyə məsul inspektora tapşıraram ki, əraziyə baxış keçirsin”. Ancaq, təəssüf ki, Fəxrədiin Əliyev sözünə əməl etmədi və heç bir yoxlama olmadı. 31 iyulda biz yenidən Fəxrəddin Əliyevlə əlaqə saxladıq. O, bildirdi ki, mən bələdiyyə sədrinə məlumat verdim: “ Ancaq bələdiyyə sədri bildirdi ki, sakinlər polisə müraciət etdikləri üçün biz məsələyə qarışmırıq”. Müxbirimizin “ Söhbət bələdiyyəyə məxsus ərazinin zəbt olunamsından gedir” fikrindən sonra Fəxrəddin Əliyev bildirdi ki, bu saat həmin əraziyə gedirəm. Bir müddət sonra binanın sakinləri bizmlə əlaqə saxlayaraq bildirdilər ki, Fəxrəddin Əliyev bələdiyyə əməkdaşları ilə birgə məhəlləmizə gələrək binanın həyətindəki “avtodayanacaq”ları sökdülər.

R.Həsənoğlu

«Qafqaznews» 

1436592944_01 1436247104_vvvv
Foto0034-1 Foto0029 1436168646_vv

Foto0041

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR