Yayda sağlam qalmaq üçün bu qaydalara əməl edin

51866_ofki54k936Sağlam yaşamağın ən önəmli amillərindən biri düzgün qidalanmaqdır

Ən əsası isə yayda isti havada çoxlu su içməkdir. Çünki susuzluq orqanizmimizin vacib orqanlarından biri olan böyrəklərə mənfi təsir edir. Bunun üçün isti havada bəzi qaydalara əməl etmək mütləqdir.
Sağlam qalmağınız üçün sizə lazım olan 7 əsas amili təqdim edirik:
Gündə 2,5 litr su için
Qışda içdiyiniz sudan ən az 1 litr artıq qəbul etməlisiniz. Ən əsası isə isti havada bu qaydaya əməl olunmalıdır. Bədəninin suyu azaldıqda qan dövranı pisləşir, təzyik düşür, böyrəklərin funksiyası pozulur.
Yeməklərinizə duz tökməyin
Yeməyə az duz tökməyə çalışın. Çox duzlu yeməklər böyrəkdə daş yarada bilər. Bu eyni zamanda təzyiqin yüksəlməsinə səbəb olacaq. Yayda 2-3 qramdan artıq duz qəbul etmək ziyandır.
İdman edin
Gün ərzində bacardığınız qədər çoxlu idman edin. Bu ürək-damar sisteminin yaxşı işləməsinə kömək olacaq. Həm də böyrəkləriniz sağlam qalacaq.
Meyvənin şirəsini yox özünü qəbul edin
Sağlam qidalanın. Yay tərəvəz və meyvələrindən çox istifadə edin. Meyvənin şirəsi əvəzinə təzə doğranmışını yeyin. Sağlam qidalanmaq qan dövranını yaxşılaşdıracaq.
Siqaret və spirtli içkidən uzaq olun
Yayda spirtli içki içmək və siqaret çəkmək orqanizmə ziyan vuracaq. Çalışın isti havada spirtli içkidən uzaq olun. Əks halda çoxlu su qəbul edin.
Qara çörək istifadə edin
Şəkəri qaldıran ağ çörək, düyü, makaron, kartof yeməyin. Əvəzində qara çörək, pəhriz makaronu, yulaf əzməsi qəbul edin.
Həkim məsləhəti olmadan dərman qəbul etməyin
Antibiotik və ağrıkəsici dərmanları həkim məsləhəti olmadan qəbul etməyin. İsti havada ağrıkəsicilər böyrəklərə mənfi təsir göstərir.(axşam.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR