Zaqatalada qəza: Avtomobil parçalandı – FOTO

1 (2)Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın Zaqatala rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqaznews” xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb.

Zaqatalanın Muxax kənd sakini, 1989-cu il təvəllüdlü Arif Muxtar oğlu Həmzəyev idarə etdiyi “Mercedes” markalı, 99 DK 414 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı qoz ağacına çırpılıb. Zərbənin gücündən maşın bir neçə yerə parçalanıb.

Sürücü Arif  Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

7 2 4 6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR