4 mindən çox borclunun ölkədən çıxışına – QADAĞA

Biometrie-Passkontrolle:  Verkleidung zwecklos
Biometrie-Passkontrolle: Verkleidung zwecklos

Nazir tapşırıqlar verdi.

Sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin kollegiya iclasında deyib.

Prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar əsasında nazir bəzi göstərişlər verib:

“Qeyd olunan problemlə əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib” – deyə, nazir əlavə edib.

Bundan başqa, F. Məmmədov bildirib ki, hesabat dövründə 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR