Alıcı mağazaya qarşı iddia irəli sürür-VİDEO

Кадр Tarik Ediz mağazasının sahibindən polisə şikayət olundu (00-00-02)5 oktyabrda qafqaznews.org saytında “Dərzi mağaza sahibini təkzib elədi” başlıqlı məqalə dərc olunub. Məqalə Bakı sakini Sevinc Hacıyevanın şikayətindən bəhs edir: “ Tezliklə qızımın nişanı olacaqdı. Ona görə də Tarik Ediz mağazasından 1000 manat dəyərində xüsusi paltar götürdüm. Sonra dərziyə gedib paltarı bədən quruluşuna uyğunlaşdırmaq istədik. Dərzinin atelyesi mağazanın yaxınlığında idi. Paltara baxan dərzi Ramin Ələkbərov ləkə müəyyən edərək mənə bildirdi. Mən paltarı götürərək mağazaya qayıtdım. Və tələb etdim ki, ya təzəsini verin, ya da pulumu qaytarın. Ancaq satıcılar mənim tələbimi yerinə yetirmədilər. Onlar bildirdi ki, biz ancaq paltarı təmizləməyə göndərə bilərik. Mən onlardan soruşdum ki, korlanmış-zay paltar mənim nəyimə lazımdır?”.
Sevinc Hacıyeva öz istehlakçı hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.
Məsələ ilə bağlı mağazanın sahibi Ramin ( soyadını demədi ) bizə bildirdi ki, Sevinc Hacıyevanın dedikləri yalandır. 12079686_674092006061030_5297436059250862574_n-300x300
Müxbirimizin “ O sizdən paltar almayıb?” sualına mağazanın sahibi belə cavab verdi: “ Əlbəttə alıb. Ancaq satışdan sonra yoxlama keçiririk. Biz heç vaxt müştəriyə hər hansı bir problemi olan paltar satmarıq. O paltarı alıb öz ölçülərinə uyğunlaşdırmaq üçün dərziyə apardı. Bunu dərzinin özü də mənə dedi. Biz belə paltarı geri götürmürük”.
Biz dərzi Ramin Ələkbərovu da taparaq onun fikirlərini öyrəndik: “ Sevinc Hacıyeva həqiqətən də Tarik Ediz mağazasından aldığı paltarı mənim yanıma gətirdi. Mən paltara toxunmadım, sadəcə ləkəni görüb paltarı Sevinc Hacıyevaya qaytardım”.
Bugünlərdə Sevinc Hacıyeva yenidən qafqaznews.org-a müraciət elədi. Onun sözlərinə görə zərərçəkən mağaza ilə bağlı Vergilər nazirliyinə müraciət etməyə hazırlaşır: “ Bu mağazada alış-veriş vaxtı çek verilmir”.
Biz məsələ ilə bağlı Tarik Ediz mağazasına müraciət etdik.
Mağazanın müdiri Aynur xanım bizə bildirdi ki, bu yalandır, biz satılan malara görə çek veirirk.
Sözardı: Bizə bəlli oldu ki, “Dərzi mağaza sahibini təkzib elədi” başlıqlı məqalədə səhv olub. Beləki mağazanın sahibi Tarik Ediz-in dərzisini nəzərdə tutur, Sevinc Hacıyeva isə başqa dərzini – Ramin Ələkbərovu nəzərdə tutur.

R.Həsənoğlu

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR