Bakıda 20 yaşlı qızın boğazını kəsdiyi kişi öldü

kedsi-300x224Gənc qızın bıçaqladığı şəxs xəstəxanada ölüb

Bakıda gənc qızın bıçaqladığı şəxsin həyatını xilas etmək mümkün olmayıb.Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub. Anar Məmmədov aldığı xəsarətlər nəticəsində, oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

****

12 opktyabr 11:09

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini 1995-ci il təvəllüdlü Səringül Ramazanova tutulub.S.Ramazanova oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə tutulub.

Araşdırmalar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR