“Barselona”ya görə oğurluğa başladı (VİDEO)

566035Futbol mərci oyununda uduzdu, ev sahibini soydu.

“Barselona”ya pul atmışdım, oyun 2-2 qurtardı”.

Mərc oyunlarında uduzan Qazax sakini kirayə qaldığı evin sahibindən pul və qızıl oğurlayıb.
Masazır qəsəbə sakini Gülnar Muradova Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək mənzilindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 2250 manat nağd pulunun oğurlanması barədə əlumat verib. Əməliyyat tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini 39 yaşlı Rəmzi Əliyevi saxlayıb.
Qeyd edək ki, Gülnar Muradovanın həyətindəki evdə kirayə yaşayan Rəmzi Əliyev 3 il bundan əvvəl mərc oyunlarında 3 min manat uduzandan sonra çıxış yolunu oğurluq etməkdə görüb.
Rəmzi Əliyev – saxlanılan şəxs: “Futbol mərcində variant yazıb 3000 manat pul uduzdum. O borcumu qaytarmaq üçün bu hərəkəti elədim. “Barselona” – “Real” oyununda Barsaya pul atmışdım, oyun 2-2 qurtardı”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR